Rəhman Hacıyev: "Bu turnir bizim üçün qurtardı"

20:38 - 27 İyul 2015

Öz oyunumuzu tuturuq

 

Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi"nin gənc futbolçusu Rəhman Hacıyev hazırlıq prosesini dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Avroliqada mübarizəni erkən dayandırmaqlarından danışıb: "Mladost"la matçda çox gözəl oyun oynadıq, əziyyət çəkdik. Erkən mübarizəni dayandırmağımız bizə çox pis təsir etdi. Çünki Monteneqro klubundan üstün idik, amma növbəti mərhələyə yüksələ bilmədik. Daha bu turnir bizim üçün qurtardı. Futbolda hər şey olur. Qarşımızı məqsədlər qoymuşuq".


O, daha sonra fikirlərinə belə davam edib: "Türkiyədə bir yoxlama oyunu keçirmişik, heç-heçə etmişik. Öz oyunumuzu tuturuq. Bütün komanda yoldaşlarıma, məşqçilərə inanıram. Yaxşı komandamız var və yaxşı oyun nümayiş etdiririk. Çalışacağıq ki, çempionatda istədiyimiz nəticələri qazanaq".

Xəbər xətti