"Şapekoense" klubu ilə münasibətlərini rəsmiləşdirib
Mövsüm başa çatdıqdan "Neftçi"dən ayrılan braziliyalı futbolçu Flavinyonun yeni klubu rəsmən bəlli olub.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu Braziliya A seriyasında mübarizə aparan "Şapekoense” klubu ilə münasibətlərini rəsmiləşdirib. Müqavilənin neçə illik olması barədə məlumat verilmir. Qeyd edək ki, Flavinyo 2010-cu ildən "Neftçi”də çıхış edirdi. 5 ildə 174 rəsmi oyuna çıхan 31 yaşlı futbolçu 38 qol vurmağa nail olmuşdu.
saytlarin hazirlanmasi