Braziliya millisinin üzvündə dopinq tapıldı

01:44 - 28 İyul 2015

“Şaxtyor”un futbolçusu ciddi cəzalana bilər  
 
Donetsin “Şaxtyor” klubunda forma geyinən Fred futboldan  uzaqlaşdırıla bilər.
 
Sportal.az xəbər verir ki, dopinq testindən keçən braziliyalı futbolçunun qanında qadağan olunmuş maddə aşkarlanıb.
 
Belə ki, Amerika kubokunda Braziliya millisinin 22 yaşlı yarımmüdafiəçisindən analiz götürülüb. İlk yoxlama zamanı Fredin qanında qadağan olunmuş preparat tapılıb. Əgər növbəti yoxlanışda da müsbət olarsa, onda braziliyalı futbolçunu ciddi cəza gözləyir.

Xəbər xətti