"Barselona"nın sabiq futbolçusu İngiltərədə

01:56 - 28 İyul 2015

29 yaşlı hollandiyalı “Stok Siti”ylə anlaşdı
 
“Barselona” klubunun sabiq üzvü İbrahim Afellay karyerasını İngiltərədə davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı hollandiyalı futbolçu “Stok Siti”ylə iki illik müqaviləa bağlayıb.
 
Ötən mövsüm Yunanıstanın “Olimpiakos” klubunda icarə əsasında çıxış edən Afellay “şəhərlilər”ə azad agent statusuyla keçib.
 
İngiltərə təmsilçisinin idman direktoru Toni Skoulz da futbolçunun “Barselona”yla müqaviləsinin başa çatdığını deyib:
 
“İbrahim Afellayla bir sıra klublar maraqlanırdı. Senirəm ki, futbolçu bizim klubu seçdi. İnanıram ki, qısa müddət ərzində Afellay özünü “Stok Siti”də göstərəcək”.    

Xəbər xətti