"Beşiktaş"ın stadionunda qəza baş verdi

17:22 - 28 İyul 2015

Yaralılar var

 

Türkiyənin "Beşiktaş"  futbol klubunun inşa olunan yeni stadionunda qəza baş verib.

 

Sportal.az xəbər verir ki, dam örtüyünün bir hissəsi qoparaq yerə düşüb. Qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar dərhal "Şişli" xəstəxanasına aparılıb.

 

"Beşiktaş" klubu hadisəyə biganə qalmayıb. Klubun rəsmi saytından qəza ilə bağlı açıqlama verilib. Yaralıların həyati təhlükəsinin olmadığı, onların bütün xəstəxana xərclərinin klub tərəfindən ödəniləcəyi bildirilib.

Xəbər xətti