"Levski"nin futbolçusu "Neftçi"də

17:53 - 28 İyul 2015

Baxışdan sonra qərar veriləcək

 

Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan “Neftçi” baxışa daha bir futbolçu çağırıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi.

 

28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets", "Nafteks", "Sliven 2000", "Lyubimets 2007", "Minyor” (Pernik) və "Beroe” klublarında çıxış edib. Onun sonuncu komandası "Levski” olub.

 

Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

Xəbər xətti