"Apollon"un baş məşqçisi: "Onların səslərini eşitməyimiz lazımdı"

18:41 - 28 İyul 2015

"Onları 90 dəqiqə yanımızda görmək istəyirik"

 

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində  "Qəbələ"  səfərdə Kiprin "Apollon" komandasının qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Pedro Emanuel Larnakadakı futbol azarkeşlərinə müraciət edib, onları komandalarına dəstək olmağa çağırıb: "Görüşü Limasol deyil, Larnakada keçirəcəyik. Bu üzdən komandamızın bütün dostlarından kömək istəyirəm. Onlardan xahiş edirəm ki, "Qəbələ" ilə qarşılaşmaya gəlib, bizi dəstəkləsinlər. Onları 90 dəqiqə yanımızda görmək istəyirik. Onların səslərini eşitməyimiz lazımdı. Bizim özümüzü doğma meydandakı kimi hiss etməyimiz çox vacibdi".

Xəbər xətti