"Qəbələ" sabah gedir

00:33 - 29 İyul 2015

11:00-da yola düşəcək

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la (Kipr) qarşılaşacaq "Qəbələ" ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub.

 

Sportal.az xəbər verir ki, üç gündür paytaxtda məşq edən "qırmızı-qaralar" bugünkü çalışmayla hazırlıqların bu mərhələsini bitirib. Sabah səhər saat 11:00-da komanda Kiprin Nikosiya şəhərinə yollanacaq. Təxminən Bakı vaxtı ilə saat 16:00-da Kiprin paytaxtına çatacaq "qırmızı-qaralar" "Hilton Nikosia" otelində məskunlaşacaq. “Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı "Antonis Papadopulos" stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.

Xəbər xətti