Çempionlar Liqası: "Monako" və "Panatinaikos"dan qələbə

01:56 - 29 İyul 2015

“Skenderbeu” “Milsami”ni səfərdə “boğdu”
 
Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
 
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin ilk oyun günündə 9 qarşılaşma baş tutub.
 
Türkiyənin “Fənərbaxça” klubu doğma azarkeşləri önündə Ukrayna təmsilçsisi “Şaxtyor”la qarşılaşıb. Bu görüşdə tərəflərin bütün cəhdlərinə baxmayaraq hesab açılmayıb.  
 
Fransa “Monako”su İsveçrədə “Yanq Boyz”un qonağı olub. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən fransızlar növbəti mərhələyə yüksəlmək üçün əla şansı qazanıblar.    
 
Çempionlar Liqası III təsnifat mərhələsi, İlk oyunlar
 
 
ÇSKA (Rusiya) - “Sparta” (Çexiya)  2:2
Qollar:
Dzaqoyev, 14, Tosiç, 53 - Fatai, 15, Kreyçi, 57
 
“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) 0:2
Qollar: Salihi, 50, 73
 
“Midtyulland” (Danimarka) - APOEL (Kipr)  1:2
Qollar: De Vinsenti, 30, 33
 
“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya)  1:2
Qollar: İtzaki, 79 - Mahmutoviç, 17, Petrjela, 21
 
“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)  0:0
 
“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)  2:1
Qollar: Berq, 37, Karelis, 65 -pen. -  Mbombo, 16
 
“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa)  1:3
Qollar: Nuzzolo, 74 - Kurzava, 64, Karilla, 72, Pasaliç, 75
 
“Videoton” (Macarıstan) - BATE (Belarus)  1:1
Qollar: Vinisius, 89 - Luyiks, 56-öz qapısına
 
“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç)  1:1
Qollar: Henrikez, 18 - Kamara, 21

Xəbər xətti