Vitor Pereyra “Şaxtyor”dan çəkinir
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda “Fənərbaxça” doğma meydanda Donetsk “Şaxtyor”u heç-heçə edib.
Sportal.az xəbər verir ki, qolsuz başa çatan oyundan sonra “Fənərbaxça”nın baş məşqçisi Vitor Pereyra matçla bağlı fikirlərini bildirib.
İstanbul təmsilçisinin portuqaliyalı çalışdırcısı komandasının oyunundan razı qaldığını deyib:
“Şaxtyor” güclü komandadır. Ancaq biz də yaxşı oynadıq. Sevinirəm ki, azarkeşlər sona qədər komandanı dəstəklədilər. İndi bizi çətin səfər oyunu gözləyir. Açığı, cavab oyununda qələbə qazancağımıza söz vermirəm. “Şaxtyor” kimi güclü heyətə malik olan komandanı keçmək heç də bizə asan olmayacaq”.
saytlarin hazirlanmasi