"Qəbələ" - "Apollon" matçının hakimləri
Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin "Apollon"la keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, iyulun 6-da Bakıda təşkil olunacaq görüşü portuqaliyalı Duarte Qomeş idarə edəcək.
Ona həmyerliləri Luis Kampos, Venansio Tome və Bruno Payxao köməklik edəcəklər. Qarşılaşmada hakim-inspektor vəzifəsini xorvatiyalı Draqutin Polyak yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladislav Xodeyev (Rusiya) olacaq.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi