"Kəpəz"in 2 futbolçusu komandaya qoşulur

14:49 - 29 İyul 2015

Zədələri sağalıb

 

"Kəpəz"in zədəliləri sıraya dönür.

 

Sportal.az xəbər verir ki, əzələsi dartılan futbolçulardan Budaq Nəsirovla Ceyhun Cavadovun durumu yaxsıdı. Artıq hər iki futbolçu fəal şəkildə məşqlərdə iştirak edə biləcək. Komandanın həkimi Şıxəli Həsənov klubun mətbuat xidmətinə verdiyi məlumatda gənc yarımmüdafiəçilərin müalicə və bərpa prosesinin uğurla keçdiyini bildirib.

 

"Sarı-göylər"in digər aparıcı futbolçusu Bəxtiyar Soltanovun durumu isə fərqlidir. Həsənovun sözlərinə görə, əzələ yırtığından əziyyət çəkən oyunçu hələ bir müddət komandadan kənarda qalmalı olacaq. Müalicəsi davam etdirilən Soltanovun həftəsonu təkrar müayinədən sonra məşqlərə nə vaxt başlayacağına aydınlıq gələcək.

Xəbər xətti