"Zirə"nin Ərzurumda son günü

18:28 - 29 İyul 2015

Gürcüstan klubu ilə qarşılaşacaq

 

“Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyənin Ərzurum şəhərində keçirir. Artıq təlim-məşq toplanışının son günüdür.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda qardaş ölkədə əsasən gündə iki dəfə olmaqla ümumi dözümlülük, sürət və taktiki-texniki çalışmalar üzərində işləyib. Bu gün səhər isə “qartallar” Ərzurumda son məşqə çıxıblar. Bu dəfə də baş məşqçi Adil Şükürov yoxlama oyunundan əvvəl taktika və texnikaya xüsusi önəm verib.

 

“Zirə” Ərzurum toplanışının son günündə yoxlama görüşündə qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 19-30-da başlayacaq oyunda rəqib Gürcüstanın “Samtredia” klubu olacaq. “Samtredia” son mövsüm güclülər dəstəsində 6-cı yeri tutub.

Xəbər xətti