Federasiya ilk namizədini açıqladı
“Marsel”in baş məşqçisi Marselo Byelsa Meksika yığma komandasına başçılıq edə bilər.
Sportal.az xəbər verir ki, Migel Erreranı istefaya göndərən meksikalılar baş məşqçi postuna ilk namizəd olaraq argentinalı mütəxəssisi görürlər.
Fransa klubuyla müqaviləni artırmayan Byelsanın yaxın günlərdə Meksika yığmasına baş məşqçi təyin olunacağı gözlənilir.
Qeyd edək ki,Meksika Futbol Federasiyasının rəhbəri jurnalistə əl qaldıran Erreranı bir gün əvvəl istefaya göndərib.
saytlarin hazirlanmasi