Türkiyə klublarının hədəfində olan hücumçu Almaniyaya üz tutur

02:35 - 30 İyul 2015

Berbatov “Verder”ə keçməyə yaxındır   
 
“Monako”lu hücumçu Dimitar Berbatov karyerasını Almaniada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 34 yaşlı bolqar futbolçuyla “Verder” maraqlanır.
 
Bundesliqa təmsilçisi təcrübəli forvardın transferini həyata keçirmək üçün yaxın günlərdə qarşı tərəflə danışıqlar aparacaq. Dimitar Berbatovun keçidində Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klubları da maraqlıdır.
 
Qeyd edək ki, ötən mövsüm “Monako”da 38 oyun keçirən futbolçu rəqib qapılarına 12 dəfə yol tapıb.   

Xəbər xətti