"Qarabağ" məğlub oldu, Azərbaycan yerində saydı

11:15 - 30 İyul 2015

29-cu pillədəyik

 

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. 

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın ötən gecə səfərdə Şotlandiya çempionu "Seltik"ə 0:1 hesabıyla məğlub olması Azərbaycanın 54 ölkə arasında 29-cu pillədən uzaqlaşmasına təsir göstərməyib. 

 

Qeyd edək ki, Azərbaycanın hesabında 12.250 reytinq xalı var ki, onun da 1.750 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.625, "Qəbələ" - 0.500, "Qarabağ" - 0.375, "Neftçi" - 0.250).

Xəbər xətti