"Rəvan"ın rəqibi dəyişdi

12:14 - 30 İyul 2015

Yoxlama matçı

 

Zaqatalada təlim-məşq toplanışını davam etdirən “Rəvan” PFK-nın hazırlıq planında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, “aslanlar”ın avqustun 2-də Tiflisdə “Saburtalo” klubu ilə nəzərdə tutulan yoxlama matçı baş tutmayacaq. Əvəzində, paytaxt təmsilçisi eyni tarixdə Gürcüstanın digər elita klubu “Sioni” ilə üz-üzə gələcək. Tiflisdə keçiriləcək oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq.

 

“Sioni”dən öncə isə “Rəvan” “Qəbələ”nin əvəzedici komandası ilə qüvvəsini sınayacaq. İyulun 31-də Qəbələdə oynanılacaq matç saat 19:00-a təyin olunub.

Xəbər xətti