100 milyon kredit götürdü...
"Turan Tovuz"un sabiq prezidenti Musa Süleymanovla bağlı yeni хəbərlər yayılıb.
Sportal.az хəbər verir ki, musavat.com iş adamının ölkədən qaçdığını iddia edib.
Saytın хəbərində bildirilir ki, Beynəlxalq Bankdan götürdüyü, lakin qaytarmadığı küllü miqdarda kreditlərlə görə Süleymanov may ayında həbslər zamanı saxlanılıb. Bir neçə gün həbsdə qalan sabiq klub rəhbəri sonra şərtlə azadlığa buraхılıb. Onun həbsi isə mətbuatdan gizlədilib.
Məlumatda bildirilir ki, Süleymanov Beynəlxalq Bankdan 100 milyondan artıq kredit götürüb, amma geri qaytarmayıb. Hazırda maliyyə vəziyyəti həddən artıq pis olan iş adamı iflas həddindədi. Onun hətta kiçik borclarını belə ödəyə bilmədiyi deyilir. Hətta Süleymanovun ölkədən qaçdığı da iddia olunur.
saytlarin hazirlanmasi