Mutu rəsmən Hindistan klubunda

16:06 - 30 İyul 2015

1 illik müqavilə

 

Rumıniya yığmasının sabiq futbolçusu Adrian Mutu karyerasını Hindistanda davam etdirəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha əvvəl karyerasını yekunlaşdırmaq haqqında qərar qəbul edən 36 yaşlı futbolçu qərarını dəyişərək Hindistanın "Puna Siti" klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb.

 

Qeyd edək ki, son klubu "Petrolul" olan Mutu "Çelsi", "İnter", "Parma", "Yuventus" və "Fiorentina" kimi klubların şərəfini qoruyub.

Xəbər xətti