25 milyon avroya?
"Barselona"nın yarımmüdafiəçisi Pedrodan əl çəkmək istəməyən "Mançester Yunayted" istədiyinə nail olmağa çox yaxındır.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 milyon avro dəyərində "Mançester Yunayted"ə transfer olunmağa razılıq verən 28 yaşlı ispan futbolçu Premyer Liqada çıxış etmək istəyir. "Barselona" tərəfi isə Pedronu 30 milyon avrodan aşağı qiymətə satmağa razı deyil.
Qeyd edək ki, Pedro ötən mövsüm "katalonlar"ın heyətində çıxdığı 50 matçda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi