"Qəbələ"nin matçında qalmaqal

00:59 - 31 İyul 2015

Matç yenidən davam edib

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Apollon" - "Qəbələ" matçının son dəqiqələrində qalmaqal baş verib.

 

Sportal.az xəbər verir ki, oyuna əlavə edilmiş 1-ci dəqiqədə matçın hakimi "Apollon"un qapısına penalti zərbəsi təyin edib.  

 

Bundan sonra meydanda vəziyyət gərginləşib. Buna baxmayaraq referi qərarı dəyişməyib. Cavid Hüseynovun penalti qolundan sonra isə yerli azarkeşlər meydana yad əşyalar atmağa başlayıb. Belədə matçın baş hakimi hər iki komandanı paltardəyişmə otağına dəvət edib.

 

Sonra meydana qayıdan ukraynalı hakim görüşə əlavə edilmiş 3 dəqiqə oynanıldıqdan sonra matçıbaşa çatdırıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.

Xəbər xətti