Millimiz yerini qorudu
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları başa çatdıqdan sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, baş tutan 28 qarşılaşma cədvələ cüzi təsir edib.
"Apollon"la heç-heçə edən (1:1) "Qəbələ" hesabımıza 0,125 xal əlavə edib. İspaniyada "Atletik"ə uduzan "İnter" isə əmsalımızı artıra bilməyib.
Bununla da cari mövsümdəki xal sayını 1,875-ə çatdıran Azərbaycana "Qəbələ" və "İnter" hərəyə 0,625, "Qarabağ" 0,375, "Neftçi" 0,250 xal qazandırıb. Son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız 12,375-ə yüksəlib.
Bu göstərici ilə ölkəmiz Avropanın 29-cusudu. Son matçlaradək 28-ci olan Serbiyadan 0,125 xal geri qallrdıqsa, balkanlılar fərqi artırıb. Artıq Serbiya Azərbaycanı 0,250 xal qabaqlayır. Ölkəmiz isə ən yaxın izləyicisi Slovakiyadan 0,875 xal öndədi.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 84,213 xal.
saytlarin hazirlanmasi