"Genk"də çıxış edəcək
Bir neçə gün öncə Türkiyənin "Bursaspor" klubundan "Mançester Siti"yə transfer olunan Enes Ünal Belçika çempionatında çıxış edəcək..
Sportal.az xəbər verir ki, "şəhərlilər" 18 yaşlı futbolçunu "Genk" klubuna icarəyə verib. Bu barədə İngiltərə təmsilçisinin rəsmi "tvitter" səhifəsindən məlumat verirlib. İcarə müddəti 1 illik nəzərdə tutulub.