Sınaqdan üzüağ çıxdı
"Neftçi"də baxışda olan bolqarıstanlı futbolçu Borislav Stoyçev bəyənilib.
Sportal.az "Report"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi sınaqdan üzüağ çıxıb.
Nəticədə məşqçilər korpusunun istəyilə Stoyçevlə müqavilənin bağlanılması qərara alınıb. Anlaşmanın Türkiyənin Afyon şəhərindəki təlim-məşq toplanışından sonra rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Borislav Stoyçev vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe Stara Zaqora" klublarında çıxış edib. Sonuncu dəfə o, "Levski"nin formasını geyinib. "Neftçi" bu gün Yunanıstan "Panionios"u ilə keçirəcəyi yoxlama oyununun ardından təlim-məşq toplantısını başa vuraraq, Bakıya qayıdacaq.
saytlarin hazirlanmasi