Adı "Kəpəz"lə hallanan futbolçu rəsmən Polşa klubunda

15:23 - 31 İyul 2015

1 illik müqavilə

 

Növbəti mövsüm yenidən Premyer Liqada çıxış edəcək "Kəpəz”lə adı hallanan polşalı qapıçı Lukaş Sapelanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 2012/14-cü illərdə Şahin Diniyevin rəhbərliyi altında "Rəvan”da oynamış qapıçı Polşanın "Zavişa” klubu ilə münasibətlərini rəsmiləşdirib.

 

Qeyd edək ki, 32 yaşlı qolkiper yeni klubu ilə  1 illik müqavilə imzalayıb.

Xəbər xətti