AFFA-dan fövqəladə qərarlar, Zaqatalada klub yaradılır

16:47 - 31 İyul 2015

5 qərar qəbul edildi

 

AFFA İcraiyyə Komitəsinin bü gün fövqəladə iclası keçirilib. 

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub:

 

1.      Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;

 

2.      2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;

 

3.      Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

 

4.      Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Turan Tovuz  Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

 

5.      Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Xəbər xətti