"Donbass Arena"nın önündə
"Şaxtyor" rəhbərliyi 70 illik yubileyini qeyd edən baş məşqçisi Mirça Luçeskunu maraqlı üsulla mükafatlandırıb.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi "Donbass Arena"nın önündə rumıniyalı mütəxəssisə heykəl qoyub. Heykəl bürüncdən hazırlanıb. Klub rəhbərliyi bu heykəlin mütəxəssisin yubileyiylə əlaqədar qoyulduğunu, Ukraynadakı daxili vəziyyət sabitləşdiyi zaman məşqçi üçün daha böyük heykəl ucaldacaqlarını və onun açılışını təntənəli surətdə edəcəklərini bildiriblər.
Luçesku 11 ildi "Şaxtyor"u çalışdırır. O, bu müddətdə kluba 8 dəfə Ukrayna çempionluğunu və 1 dəfə UEFA kubokunu qazandırıb.
saytlarin hazirlanmasi