İngiltərəli futbolçu “Vest Bromviç”lə anlaşdı
“Liverpul”un futbolçusu Riçard Lambertin yeni klubunun adı məlum olub.
Sportal.az xəbər verir ki, ingiltərəli hücumçu “Vest Bromviç”lə razılığa gəlib.
Yeni klubunda ilinə 4,5 milyon qazanacaq 33 yaşlı futbolçu “Vest Bromviç”lə 2 illik rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, ötən mövsüm “Liverpul”un heyətində Lambert 2 qol vurub.
saytlarin hazirlanmasi