“Kalyari” müdafiəçini 5,5 milyona satdı
“Kalyari” klubu müdafiəçi David Astorini satmağa razılıq verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçunu “Fiorentina” sıralarına qatmağa yaxındır.
Xeyli vaxtdır ki, futbolçunun transferini florensiyalılar həyata keçirmək istəsə də, qarşı tərəflə qiymətdə razılığa gələ bilmirdi. Lakin bu gün “Kalyari” rəhbərliyi David Astorinin “Fiorentina”ya keçməsinə “hə” deyib. Odur ki, yaxın günlərdə 5,5 milyon avro qarşılığında futbolçunun “Fiorentina” klubuyla rəsmi müqavilə bağlayacaq.
saytlarin hazirlanmasi