Olivye Nçama “Cenoa”da çıxış edəcək
“Mançester Siti”li yarımmüdafiəçi Olivye Nçama karyerasını İtaliya A seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, “şəhərlilər”lə 5 illik müqaviləsi olan 19 yaşlı futbolçu növbəti 2 ildə “Cenoa”nın uğurları üçün tər tökəcək.
İtaliyada icarə əsasında oynayacaq futbolçu “şəhərlilər”in əvəzedici heyətindən yer alıb. Məhz oyun təcrübəsi yığmaq üçün İngiltərə nəhəngi yarımmüdafiəçisini “Cenoa”ya yollayıb.
saytlarin hazirlanmasi