Kataloniya təmsilçisi Enço Rokoyla anlaşdı
Ötən mövsümü “Elçe”də keçirən müdafiəçi Enço Roko komandasını dəyişib.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu “Espanyol”la müqavilə bağlayıb.
Müqavilə hüququ Çilinin “Universidad Katolike” klubuna məxsus olan Enço Roko Kataloniya təmsilçisində icarə əsasında çıxış edəcək. Maliyyə çətinliyi üzündən “Elçe” klubu növbəti mövsüm La Liqada deyil, aşağı divizonda mübarizə aparacaq. Belə olan halda bəzi futbolçular klubla yollarını ayırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, geridə qalan mövsüm “Elçe”də 32 oyun keçirən futbolçu 1 qol vurub.
saytlarin hazirlanmasi