Xosep Qvardiola qərar verməkdə çətinlik çəkir
"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola gələcək karyerası ilə bağlı qərar verməkdə çətinlik çəkir.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisinnövbəti mövsüm Münhen təmsilçisiylə müqaviləsi başa çatacaq.
Qvardiola isə gələn il komandada qalıb-qalmayacağını hələ müəyyən etməyib:
"Müqaviləni yeniləyib-yeniləməyəcəyimi indidən deyə bilmərəm. Düşünmək üçün bir il vaxtım var. Sözsüz ki, yaxınlarımla məsləhətləşib sonra klub rəhbərliyinə qərarımı bildirəcəyəm. Açığı, uzun müddət də bir yerdə işləməyi xoşlamıram. Hər dəfə nəsə yenilik axtarıram. Ola bilsin növbəti il kluba deyil, yığma komandalardan birinə başçılıq etdim. Hər şey ola bilər. Ona görə indidən qərar vermək tezdir. Vaxtı gələndə mənim harada işləyəcəyimi hamı biləcək”.
Qeyd edək ki, Qvardiola ilə "Mançester Siti"nin maraqlandığı iddia edilir.
saytlarin hazirlanmasi