"Xəzər Lənkəran" fransız hücumçu ilə müqavilə bağlayır

16:14 - 1 Avqust 2015

2 illik müqavilə imzalanacaq

 

"Xəzər Lənkəran" Türkiyə toplanışı zamanı baxışda olan fransalı forvard Liman Seydi transferini yekunlaşdırmaq üzrədi.

 

Sportal.az xəbər verir ki, hazırda vətəni Fransada olan futbolçu artıq viza məsələsini həll edib və bir neçə günə Azərbaycana gələcək. Bundan sonra hücumçu iki illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, əslən seneqallı olan 29 yaşlı fransalı hücumçu 1.83 metr boya sahibdir.

Xəbər xətti