Olimpiya məşəlinin yandırılacağı tarix açıqlandı

19:47 - 1 Avqust 2015

21 apreldə...

 
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəli Yunanınstanın Qədim Olimpiya Məbədində 21 aprel 2016-cı ildə yandırılacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin 128-ci Sessiyasında "Rio-2016"nın kommunikasiyalar üzrə direktoru Mario Andrada açıqlama verib. 
 
O bildirib ki, Olimpiya Məşəli Braziyaya mayın 3-də gətiriləcək. Növbəti 100 gün ərzində məşəl 83 şəhərdə olacaq. 12 min məşəlçinin qatılacağı estafet çərçivəsində avtoyürüş də keçiriləcək. Yürüş ölkənin 500 yaşayış məntəqəsini əhatə edəcək. Beləliklə, təşkilatçılar Olimpiya məşəlini əhalinin 90 faizinə göstərmək niyyətindədirlər. Ümumilikdə, Oyunların simvolu yerlə 20 min km, hava ilə 16 min km qət edəcək. 
 
Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək.

Xəbər xətti