Bakıda forma geyinməyəcək
Şotlandiyanın "Seltik" klubunun daha bir futbolçusu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı oyunu buraxa bilər.
Sportal.az xəbər verir ki, Qlazqodakı ilk oyunda da zədə səbəbindən meydana çıxa bilməyən Çarlz Malqryu cavab matçında da sıraya dönə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ"la "Seltik" arasındakı cavab qarşılaşması avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi