Rafael da Silva “Lion”a keçir
“Mançester Yunayted”də forma geyinən Rafael da Silvayla Fransa klubu maraqlanır.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçunu “Lion” klubu heyətinə qatmağa hazırlaşır.
Müdafiənin sağ cinahında çətinlik yaşayan “aslanlar” bu mövqeni braziliyalı futbolçunun keçidiylə gücləndirmək istəyirlər. Fransa təmsilçisiylə yanaşı, Rafael da Silvaya “Qalatasaray”, “Benfika”, “Roma” və “Fiorentina” klubları da maraq göstərirlər.
Qeyd edək ki, futbolçunun “Qırmızı şeytanlar”la müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi