Azərbaycan 22-ci oldu

11:05 - 2 Avqust 2015

2 qızıl, 1 gümüş və 2 bürünc medalla

 

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən XIII Avropa Gənclik Olimpiadası başa çatıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması mötəbər yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla 22-ci yerdə bitirib.

 

Qeyd edək ki, bütün mükafatları cüdoçularımız qazanıb.

 

Qadın cüdoçu Şəfəq Həmidova (40 kq) və Sahil Cəfərov (73 kq) turnirin qızıl medalını, Kəramət Hüseynov isə (55 kq) gümüş medal qazanıb.

 

İki idmançımız İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) isə yarışı üçüncülüklə başa vurub.

 

Əlavə olaraq qeyd edək ki, Gənclik Olimpiadasında 50 ölkə iştirak edib ki, onlarda 35-i müxtəlif mükafatlar qazana bilib.

 

Turnirin ən çox medal qazanan ölkəsi isə Rusiya olub – cəmi 37 medal. İkinci İtaliya (24 medal) və üçüncü isə Fransa (22 medal) olub.

Xəbər xətti