"Qəbələ" "Apollon" üçün 1 itki başladı

16:05 - 2 Avqust 2015

Paytaxtda bir araya gəldilər

 

“Qəbələ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə cavab oyununun hazırlıqlarına start verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyunun (1:1) ardından bir gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.

 

Dünən baş tutan axşam məşqi ADBTİA stadionunda keçirilib. Kiprdəki matçda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla, bütün futbolçular qatılıblar.

 

“Qəbələ” avqustun 6-da Bakıdakı “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın hazırlığını paytaxtda davam etdirəcək. Komanda bu gün axşam məşqini İsmət Qayıbov adına Bakıxnov qəsəbə stadionunda gerçəkləşdirəcək.

 

Xatırladaq ki, “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Xəbər xətti