"Yuventus" "Bavariya"nın futbolçusu üçün 26 milyon avro ödəməyə hazırdı

20:12 - 2 Avqust 2015

A Seriyaya gələcək?

 

"Bavariya"nın müdafiəçisi Mehdi Benatia karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 28 yaşlı mərakeşli futbolçu ilə yaxından maraqlanan "Yuventus" 26 milyon avrosundan da keçməyə razıdı. 

 

Qeyd edək ki, Benatia ötən mövsüm "Bavariya"nın heyətində çıxdığı 15 matçda 1 qolla yadda qalıb.

Xəbər xətti