Klublarımızın avrokuboklarda matçları canlı yayımlanacaq

01:44 - 4 Avqust 2015

İki qarşılaşma "İdman Azərbaycan"da
 
Avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunları avqustun 5 və 6-sı keçiriləcək. 
 
Sportal.az xəbər verir ki, avqustun 5-də ÇL-də təmsilçimiz "Qarabağ"ın "Seltik"lə cavab qarşılaşması saat 21:30-dan etibarən "İdman Azərbaycan" telekanalı vasitəsi ilə yayımlanacaq. Bundan bir gün sonra Avroliqadakı təmsilçilərimizdən "Qəbələ"nin Kipr "Apollon"u ilə dueli də saat 21:00-da "idman Azərbaycan" telekanalında tamaşaçılara göstəriləcək. "İnter"in İspaniya nəhəngi "Atletik"lə qarşılaşması isə 21:00-da AzTV ekranlarında olacaq.

Xəbər xətti