"Qalatasaray"ın futbolçusu əməliyyat olundu

02:45 - 4 Avqust 2015

Ən az 1 ay meydanlardan uzaq qalacaq
 
"Qalatasaray"ın futbolçusu Həmid Altıntop sol dizindən əməliyyat olunub.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Qeyd edək ki, futbolçu komandanın Avstriyadakı təlim-məşq toplanışının son məşqində zədələnib.

Xəbər xətti