"Sumqayıt" "Rəvan" üçün tam heyətlə hazırlaşır

14:11 - 4 Avqust 2015

Fitness zalında məşq

 

Yeni mövsümün hazırlğının son mərhələsində olan "Sumqayıt" Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"ın qonağı olacaq.

 

Sportal.az kluubun rəsmi saytına istinadən xəbər verir ki, artıq sözügedən oyun üçün çalışmalara başlayan Aqil Məmmədovun komandası bu gün səhər fiziki hazırlıq üzərində fitness zalında çalışıb. 


Komandada zədəli futbolçu yer almır. "Kimyaçılar" axşam məşqində topla çalışmalara üstünlük verəcək. Həmin çalışma isə saat 19:00-da "Kapital Bank Arena"da olacaq.

Xəbər xətti