"Hər gün azarkeşlər mənə zəng edir"
Avqustun 9-da Premyer Liqaya yendən qayıdan "Kəpəz" səfərdə "Neftçi"nin qonağı olacaq. Bu matçda gəncəli fanatlar komandalarını paytaxtda yalnız qoymayacaqlar.
Bu barədə Sportal.az-a açıqlamasında "Kəpəz" fan klubunun rəhbəri Elmar Əliyev məlumat verib:
"Avqustun 9-da komandamız səfərdə "Neftçi"nin qonağı olacaq. Biz də klub rəhbərlyinə demişik ki, azarkeşlərə bir avtobus ayırsın. Hər gün azarkeşlər mənə zəng edir, səfərə gedib-getməyəcəyimiz haqda soruşarlar. Mən də deyirəm, yaxın günlərdə bilinəcək. Azarkeşlər olaraq istəyirik ki, komandamıza meydanda dəstək olaq. Bu oyunu çoxdan gözləyirik, "Kəpəz" fan klubu olaraq bu döyüşə hazırıq. Təxminən 50 nəfərlik qrupla səfərə gedəcəyik".
saytlarin hazirlanmasi