Futbol oynayıblar
Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq avqustun 4-də Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.
Sportal.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayiət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin yaranma tarixi barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Sonra “Seltik” klubunun üzvləri məhəllədə yerləşən Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub, idman zalında şagirdlərdən ibarət komanda ilə futbol oynayıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
saytlarin hazirlanmasi