İrqçi davranışlara görə
UEFA Polşanın "Lex" klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna Polşa təmsilçisinin irqçi şüarları səbəb olub. Beləki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lex" (Polşa) –"Sarayeva" (Bosniya və hersoqovina) matçında meydansahibləri irqçi pankartlar qaldırıb. Bu davranışları ilə azarkeşlər komandalarını çətin vəziyyətdə qoyublar. "Lex" avrokuboklarda doğma meydanda keçirəcəyi növbəti matçında boş tribunalar önündə oynayacaq. Bundan əlavə UEFA Polşa təmsilçisini 50 avro məbləğində cərimə də edib.
saytlarin hazirlanmasi