Futbol veteranları Leyla Əliyevaya məktub göndərdi

13:51 - 5 Avqust 2015

"Bir daha əmin olduq ki, nəinki futbol veteranları, eləcə də Azərbaycan idmanında iz qoyan insanların heç biri unudulmayıb"
 
"Baku" jurnalının ötən saylarının birində veteran futbolçu Ələkbər Məmmədovun futbolçu karyerası haqda geniş yazı gedib.
 
Sportal.az xəbər verir ki, futbol veteranlarımız bu yazı ilə əlaqədar “Baku” jurnalının təsisçisi Leyla Əiyevaya təşəkkür məktubu göndərib. 
 
Həmin məktubu təqdim edirik:
 
"Baku" jurnalının Baş redaktoru və təsisçisi
Leyla Əliyevaya
 
Hörmətli Leyla xanım!
 
Baş redaktoru olduğunuz "Baku" jurnalı ölkəmizdə populyarlıq qazanıb. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri və ölkəmizin idman həyatı ilə bağlı yer alan yazılar maraqla qarşılanır. 
 
"Baku"nun sonuncu sayında əfsanəvi futbolçu Ələkbər Məmmədovun vəfatının ildönümünə həsr olunan məqaləni diqqətlə oxuduq. Tam səmimi deyirik ki, bu yazı qəlbimizə sevinc bəxş etdi. Bir daha əmin olduq ki, nəinki futbol veteranları, eləcə də Azərbaycan idmanında iz qoyan insanların heç biri unudulmayıb. Ələkbər Məmmədov kimi insanları unutmadığınıza görə çox sağ olun, Leyla xanım.
 
Məqalədə mərhum futbolçunun idman həyatının bütün çalarları öz əksini tapıb. Yazının "Qeroy" ("Qəhrəman") başlığı altında verilməsi jurnalınızın Ələkbər Məmmədova verdiyi ən böyük dəyərlərdən biridir.
Leyla xanım, bir daha sizə təşəkkür edir, sizə qəlbimizdən keçən ən xoş arzularımızı bildiririk.
 
Dərin hörmətlə Azərbaycanın futbol veteranları:
 
1. Kazbek Tuayev, "Şöhrət" ordenli veteran futbolçu, Azərbaycan Futbol Məşqçiləri İttifaqının prezidenti
2. İskəndər Cavadov, "Şöhrət" ordenli veteran futbolçu, Azərbaycan Regional Futbol Federasiyasının prezidenti
3. Yuri Kozneçov, SSRİ-nin əməkdar idman ustası SSRİ çempionu, "Neftçi", "Dinamo" Moskva
4. Oqtay Abdullayev, Azərbaycan Futbol Veteranları Birliyinin prezidenti
5. Nikolay Boqdanov, SSRİ idman ustası, "Neftçi", "Dinamo" Kiyev
6. Valeri Hacıyev, Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası

Xəbər xətti