Hollandiyada ilk tur təxirə salındı

17:02 - 5 Avqust 2015

Buna səbəb polislərin tətil etməsi olub
 
Hollandiyada çempionat təyin olunmuş vaxtda başlamayacaq.
 
Sportal.az xəbər verir ki, Hollandiya Erediviziyasının ilk turu təxirə salınlb. Buna səbəb polislərin tətil etməsi olub. Təhlükəsizlik tədbirlərinin yetərli olmayacağını düşünən rəsmilər oyunları təxirə salmaq barədə göstəriş veriblər.
 
İlkin olaraq "Herenven" - "Qrafşhap", "Zvolle" - "Kambur", "Den Haq" - PSV, "Villem II" - "Vitess" oyunlarının təxirə salındığı bildirilib. Ancaq turun bütün oyunlarının təxirə salınacağı gözlənilir.

Xəbər xətti