Orqanizmində dopinq aşkarlanan Azərbaycan idmançısının cəzası məlum oldu

18:16 - 5 Avqust 2015

2 il müddətinə...

 

"Bakı-2015" I Avropa Oyunlarında dopinq-testdən keçə bilməyən Azərbaycan atleti Çaltu Beji bütün yarışlardan 2 il müddətinə diskvalifikasiya olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə məlumat verib.

 

Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərindəki laboratoriyada aparılmış sidik analizi nəticəsində 19 yaşlı qadın idmançıdan istifadəsi qadağan edilmiş osterin maddəsi aşkarlanıb. Ç.Hüseynzadə bildirib ki, bu fakt təsdiqləndikdən sonra AAF-ın iclası keçirilib: "Qərara aldıq ki, Bejini 2 il müddətinə diskvalifikasiya edək. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına da müraciət etdik və onlar da təklifimizi qəbul etdilər".

 

Qeyd edək ki, Çaltu Beji I Avropa Oyunlarında 3000 metr məsafəyə qaçışda hamıdan üstün olub. Cəza ilə yanaşı, Bejinin nəticəsi də ləğv olunub. 

Xəbər xətti