UEFA Cavid Hüseynovla bağlı qərar verdi

00:38 - 6 Avqust 2015

İddialar əsassız hesab edilib

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilən "Apollon"  – "Qəbələ" matçı ilə bağlı qərar verib.

 

Sportal.az "Qəbələ" nin saytına istinadən xəbər verir ki, qitənin futbol qurumu Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb. Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan “Apollon”un şikayətini, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.

Xəbər xətti