Argentinalı ulduz da Zidanın yoluyla gedir
Yeni mövsümə hazırlıq görən “Roma” klubu “Barselona” ilə yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, birinci hissədə Lionel Messi ilə Mapu Yanq-Mbiva arasında qalmaqal baş verib.
Belə ki, epizodların birində fransalı müdafiəçinin üzərinə hücum çəkən argentinalı ulduz ona Zidanvari kəllə atıb. Bu azmış kimi Messi özündən boyca hündür olan Mbivanın boğazından yapışıb. Əvvəl futbolçuları sakitləşdirən hakim daha sonra onalara sarı vərəqə göstərib.
Qeyd edək ki, yoldaşlıq qarşılaşması “Barselona”nın 3:0 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi